WhatsApp Image 2026 02 01 at 23.37.32

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubunun münaqişənin nizamlanması üzrə danışıqlar üçün zəmin yaratmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Putinin sözlərinə görə, Kiyev bir tərəfdən liderlər səviyyəsində görüş keçirmək istədiyini bəyan edir, digər tərəfdən isə hərbi əməliyyatları davam etdirir:

“O (Zelenski), bu kağız parçasını göndərdi. Onlar daim bu barədə danışırlar: “Biz şəxsi görüş istəyirik”. Üç gün sonra isə Ukrayna Starobilskdəki təhsil müəssisəsinə zərbə endirdi — bunu necə başa düşməliyik? Bu vəziyyət danışıqlar perspektivləri ilə uzlaşmır. Zelenskinin müraciəti münaqişənin həllinə töhfə vermək əvəzinə əlavə gərginlik yaradır. Son hadisələr Ukrayna tərəfinin birbaşa təmaslara və siyasi dialoqa hazır olub-olmaması ilə bağlı suallar doğurur”.

Xatırladaq ki, Zelenski iyunun əvvəlində yayımladığı açıq məktubda Putinə üçüncü ölkədə görüş keçirməyi və münaqişənin dayandırılması yollarını müzakirə etməyi təklif etmişdi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: