Volqoqrad həbsxanasında qiyam edənlərin kimliyi məlum oldu – FOTO

Volqoqrad həbsxanasında qiyam edənlərin kimliyi məlum oldu - FOTO

Rusiya mətbuatı Volqoqrad vilayətindəki 19 saylı koloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürən məhbusların adlarını dərc edib.

Globalinfo.az xəbər verir ki, məhbuslardan üçü narkotik alverində, digəri isə dava zamanı adam öldürməkdə təqsirli bilinib.

Belə ki, Özbəkistan vətəndaşı Ramzindin Toşev 2023-cü ildə narkotik vasitələrin qanunsuz istehsalı, satışı və ya ötürülməsi maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Tacikistan əsilli Nazirçon Toşov 2022-ci ildə eyni maddə ilə ciddi rejimli koloniyada cəza çəkməklə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.  Tacikistan əsilli Navruzi Rüstəmçon da oxşar cinayətə görə 7 il müddətinə azadlıqdan məhrum olunub.

Özbəkistan vətəndaşı Temur Xusinov isə  2019-cu ildə şəriki ilə bərabər bir şəxsi döyərək öldürüb. Onun cəza müddəti 2024-cü ilin noyabrında başa çatıb.

Məlumat üçün bildirək ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib.

Volqoqrad həbsxanasında qiyam edənlərin kimliyi məlum oldu - FOTO

Müşviq Tofiqoğlu
Globalinfo.az