Volodin İrana gedir: Bakını maraqlandıran məqam…

Rusiya Dumasının spikeri Vyaçeslav Volodin İranın paytaxtı Tehrana rəsmi səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya Dumasının Mətbuat Xidməti yayıb.

Məlumata görə, səfər bu gün başlayacaq və iki gün davam edəcək.

Volodinlə İrana gedəcək heyətdə həmçinin komitə rəhbərlərinin də olacağı vurğulanıb. Spikerin İranda iki ölkə parlamentinin əməkdaşlıq komissiyasının iclasında iştirak edəcəyi bildirilib.

İclasın gündəmində isə energetika, nəqliyyat, Xəzər dənizində qarşılıqlı fəaliyyət, regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərinin olacağı bildirilib.

Aqşin
Globalinfo.az