İranın sabiq ali lideri Əli Xameneinin qız nəvəsinin kiçik tabutu vida mərasimində diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, onun tabutu Xamenei və hücum zamanı ölən digər ailə üzvlərinin tabutlarının yanında yerləşdirilib.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.
İran mediasının məlumatına görə, Xameneinin qız nəvəsi Zəhra Məhəmmədi Golpayeqani ABŞ-İsrail hücumu nəticəsində ölən ailə üzvləri arasında ən kiçik qurban olub.
Onun cəmi 14 aylıq olduğu bildirilir.
Əliyar Xəlil
Globalinfo.az