Vəzifəli şəxs vəfat etdi

Vəzifəli şəxs vəfat etdi

Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının Qazax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri və Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin böyük tibb bacısı Sevda Həsənova dünən vəfat edib.

Qeyd edək ki, Sevda Həsənova 2015-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin böyük tibb bacısı vəzifəsinə təyin olunub. Qazax Rayon Mərkəzi Xəstəxanasının Qazax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı Qazax Rayon Mərkəzi Xəstəxana ərazi partiya təşkilatının sədri vəzifələrində çalışıb.