Az sonra Bakıda şiddətli zəlzələ olacaq? – Məlumat gəldi…

Az sonra Bakıda şiddətli zəlzələ olacaq? - Məlumat gəldi…

Xəbər verdiyimiz kimi, Bakı və Abşeron yarımadasında yeraltı təkan olub. Hadisə sonrası sosial şəbəkələrdə zəlzələnin növbəti dalğası ilə bağlı yalan, feyk informasiyalar tirajlanmağa başlanıb.

Globalinfo.az etibarlı mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, bu istiqamətdə yayılan informasiyalar etibarsızdır və insanları təşvişə salmaq məqsədi daşıyır.

Hazırda Daxili işlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi başda olmaqla bir çox qurum gücləndirilmiş iş rejiminə keçib.