sehid anasi

Vətən müharibəsi şəhidi Elvin Ağakərimovun anası vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid anası Xədicə Ağakərimova yaşadığı Şamaxı rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü E.Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-si Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra bir neçə medalla təltif edilib.

256547 v6nkk40aue
256551 8ks2sduw5z

Paylaş: