ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hörmüz boğazından keçidə görə hər hansı rüsumun tətbiq olunmayacağına əmin olduğunu bildirib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, o bu barədə jurnalist Maykl Noulzaya müsahibəsində danışıb.
“Mən tam əminəm ki, Hörmüz boğazından keçidə görə heç bir rüsum tutulmayacaq”, – deyə Vens bildirib.
ABŞ vitse-prezidenti əlavə edib ki, Vaşinqtonun İrana təsir göstərmək üçün hələ də kifayət qədər alətləri var və vəziyyətin ABŞ-nin məqsədlərinə uyğun şəkildə həll olunacağına inanır.