Velisopedçi körpüdən çaya düşərək öldü

Astarada bədbəxt hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, Pəlikeş kəndində kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayına düşüb.

Olman Şükürov aldığı xəsarətlərdən ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.