İtkin düşən biznesmenin meyiti tapıldı

Hacıqabul rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 8-i axşam saatlarında rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Fərhad oğlu Məmiyev itkin düşüb. Hacıqabul şəhərində yaşadığı mənzili tərk edən 36 yaşlı iş adamı bir daha geri qayıtmayıb.

Dekabrın 11-i günorta saatlarında Z.Məmiyevin meyiti sahibi olduğu və Ağacanlı kəndində yerləşən fermanın ərazisində asılmış vəziyyətdə aşkar edilib.

Onun özünü asaraq intihar etdiyi bildirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.