Tanınmış vəkilin ailəsində bədbəxt hadisə baş verib.
Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsində qeydə alınıb.
Əlaqəli xəbər
Bakıda neft quyusunda yanğın – FOTO
Belə ki, 19 yaşlı Cavid Ağazadə binadan yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Cavid Ağazadə Vəkillər Kollegiyasının üzvü Qabil Ağayevin oğludur.