Vatsapda maraqlı yenilik

Məşhur Vatsap mesencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər. Belə ki, mesencerdə dərc olunan statuslar birbaşa Feysbuk sosial şəbəkəsində görünə biləcək.

Globalinfo.az oxu.az-a istinadla xəbər verir ki, seçimi “status məxfilik parametrləri”ndə aktivləşdirmək mümkün olacaq. İstifadəçilər status yeniləmələrini artıq Feysbukun “hekayə” bölməsində paylaşmaq istəmədiklərini qərara alanda isə bu seçimi bağlaya bilərlər.

Funksiyanın gələcəkdə İnstaqram üçün də tətbiq olunması planlaşdırılır.

Opsiya hazırda Vatsapın iOS 23.7.0.75 üçün beta versiyasında mövcuddur və gələcək yeniləmədə buraxılacaq.