Ölülərin üzərinə niyə bıçaq qoyulur? – Qəribə səbəb

Dəfn mərasimlərində ən çox rast gəlinən hallardan biri ölünün üzərinə bıçaq qoyulmasıdır.

Bəs niyə ölülərin üzərinə bıçaq qoyulur?

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, bu sirli ritual bir çox insan üçün maraq doğurur və müxtəlif mədəniyyətlərdə fərqli mənalar daşıyır.

Bəzi mədəniyyətlərdə əsas səbəblərindən biri ruhun axirətə asan keçidini təmin etmək üçün nəzərdə tutulur.

Bu inanca görə, ölü bədəni qorumaq və ruha rahatlıq vermək üçün bıçaq qoyulur. Bundan əlavə, bəzi ənənələrə görə, bıçaq pis ruhları uzaq tutmaq üçün qoyulur.

Ümumiyyətlə, ölülərin üzərinə bıçaq qoymağın heç bir dini mənası yoxdur.

Yeni dünyasını dəyişən şəxsin bədəninin şişməsinin qarşısını almaq üçün onun üzərinə bərk və ya metal əşyalar, xüsusən də bıçaq qoyulur.