Vatsap istifadəçilərinin nəzərinə: tezliklə bu funksiyalar əlavə olunacaq

Vatsap istifadəçilərinin nəzərinə: tezliklə bu funksiyalar əlavə olunacaq

Dünyanın aparıcı ismarış mübadiləsi sistemi Vatsapda qrupların və icmaların idarə olunması ilə bağlı yeni funksiyalar əlavə edilib.

Globalinfo.az “Report”a istinadla xarici mətbuata istinadən xəbər verir ki, yeni imkanlar sayəsində istifadəçilər tanışları ilə hansı ümumi qruplarda və icmalarda olduqlarını görə biləcəklər.

Bundan başqa, inzibatçılar icmaların idarə olunmasına dair daha çox imkan əldə edəcəklər.

Yeni funksiyaların yaxın həftələrdə aktiv olacağı gözlənilir.