Vaşinqtondan kritik “İrəvan” tapşırığı: Üç ölkə hərəkətə keçdi

Vaşinqtondan kritik "İrəvan" tapşırığı: Üç ölkə hərəkətə keçdi

“Litva, Latviya və Estoniya Vaşinqtondan aldıqları tapşırıqlar əsasında keçmiş sovet respublikalarını o cümlədən Ermənistanı Rusiyaya qarşı qaldırırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nastasin deyib.

O hər üç ölkənin Qafqazla bağlı destruktiv siyasət apardığını bildirib:

“İndi Ermənistanı bütün gücləri Rusiyadan qoparmağa çalışır, onu bizim ümumi inteqrasiya layihələrimizdən, o cümlədən KTMT-dən avroatlantika ümidiylə uzaqlaşdırmağa çalışırlar. Biz bütün bunları görürük. Üç respublika artıq çoxdan öz xarici siyasət və suverenliklərini itiriblər. İqtisadi vəziyyətdə orada optimizm yaratmır… Litva, Latviya və Estoniyadan artıq əhali köçü faciəvi miqyasa çatıb. Erməni xalqı bunumu istəyri? Çətin ki, Qərbin xeyrinə ölkədə sosial-iqtisadi stabilliyi təmin edən mexanizmlərdən imtina edilsin. Ümidlənmək lazım deyil ki, Avropa Birliyi Ermənistanın işıqlı gələcəyini təmin etməyə hazırdır. Aydın olan odur ki, baltikyanı ölkələr bu işdə pis məsləhətçidirlər”.

Əliyar Xəlil
Globalinfo.az