Ordu hazırdır: cəngəllikdə döyüşlər hər an başlaya bilər – Rəsmən elan edildi

Ordu hazırdır: cəngəllikdə döyüşlər hər an başlaya bilər - Rəsmən elan edildi

Vaşinqton zərurət yaranarsa Venesuelaya quru qoşunlarını yerləşdirməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun katibi Den Driskoll CBS News-a müsahibəsində bildirib.

Prezident və ya müdafiə naziri bunu tələb edərsə, biz hərəkətə keçəcəyik. Artıq ordu hazırdır. Bu hər an baş verə bilər”, – deyə ABŞ rəsmisi bildirib.

Driskoll qeyd edib ki, ABŞ ordusu cəngəllikdə döyüşə hazırlığını bərpa etmək üçün artıq əhəmiyyətli səylər göstərib.

Tahir Turan
Globalinfo.az