“Əbu-Dabidə Ukrayna böhranının həlli ilə bağlı danışıqlar zamanı tərəflər bir neçə problemli məsələni eyni anda həll edə biliblər”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi “CNN”ə bildirib.
“Bəli, ərazilər vacibdir, amma tərəflərin Cenevrə danışıqlarından əvvəl razılığa gələ bilmədiyi bir çox məsələni həll etmişik. Gərginlik azalmalıır”, – deyə amerikalı rəsmi 2025-ci ilin noyabr ayında Cenevrədə ABŞ və Ukrayna arasında baş tutan sülh danışıqlarına toxunaraq deyib.
O, həmçinin vurğulayıb ki, indi tərəflər üçün mövcud impulsu qorumaq vacibdir.
“CNN” qeyd edib ki, ABŞ rəsmilərinin sözlərinə görə, danışıqlar gözləntiləri aşıb və otaqdakı atmosfer çox nikbin, müsbət və konstruktiv olub:
“Yekun razılaşma hələ də təmin edilməyib, lakin bu danışıqların baş tutması həqiqətən böyük bir irəliləyişdir”.
ABŞ rəsmilərinin sözlərinə görə, danışıqların növbəti mərhələsi 1 fevralda Əbu-Dabidə keçiriləcək.
Qeyd edək ki, yanvarın 24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında iki günlük üçtərəfli danışıqlar başa çatıb.
Əliyar Xəlil
Globalinfo.az