Vardanyanın həbsi: arvadından daha bir açıqlama – YENİLƏNİB

Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend ərinin həbs olunduğunu bildirib. 

Globalinfo.az xəbər verir ki, Zonabend Vardanyanın bu gün səhər saatlarında Qarabağı tərk edərək Ermənistana, Gorusa getməyə çalışdığını, Laçın yolundan keçərkən Azərbaycan hərbçiləri tərəfindən həbs edildiyini deyib.

***

Laçın yolunda həbs olunduğu deyilən Ruben Vardanyanın həyat yoldaşı yayılan xəbərlərlə bağlı açıqlama verib. 

Globalinfo.az xəbər verir ki, həyat yoldaşı Veronika Zonabend “CivilNet”ə açıqlamasında əri ilə əlaqənin kəsildiyini bildirib.

“Onunla əlaqə saxlaya bilmirəm. Həbs olunma xəbərini mediada və sosial şəbəkələrdə gördüm. Başqa heç nə deyə bilmərəm”, – o deyib.

Əliyar Xəlil
Globalinfo.az