Vardanyanın dərhal həbsi barədə qərar verildi

Erməni milyarder, separatçı Ruben Vardanyanın iç üzü Ukrayna tərəfindən də ifşa olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-də qeyd olunub.

Belə ki, Vardanyanın adı əsasən Kremlin əlaltıları və casusları olmaqda təqsirli bilinənlərin adının salındığı “sülhməramlı” (“qara siyahı”) siyahısına salınıb. Onun Rusiyanın maraqlarına xidmət etməsi, layihə kimi Qarabağa göndərilməsinə dair bir sıra faktlar ortaya qoyulub.

Beləcə Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib. O, “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.

Qeyd edək ki, Ruben Vardanyana 19 oktyabr 2022-ci ildən bu yana Ukrayna tərəfindən sanksiya tətbiq edilib.

Tahir Turan
Globalinfo.az