Vaqnerçilər Sankt-Peterburqda: Onlara tabe olacağıq!

Sankt-Peterburqdakı “Vaqner Mərkəzi”nin ofisinin yaxınlığına vaqnerçilər toplaşıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, onlar “Röyters”ə açıqlamalarında olaydan şoka düşdüklərini bildiriblər.

“Nə deyəcəyimizi bilmirik. Biz iki komandirimizi (Yevgeni Priqojin və Dmitri Utkin – red.) itirdik. Bizim başqa komandirlərimiz var, onlara tabe olacağıq. Və sonra biz “Vaqner” qaydalarına uyğun hərəkət edəcəyik. Biz bir yerdə qalmalıyıq”, – onlardan biri deyib.