Vaqnerçilər Putinin təklifini qəbul etdilər – Volodin

Vaqnerçilər Putinin təklifini qəbul etdilər - Volodin

“Vaqner”in döyüşçülərinin əksəriyyəti Rusiya Prezidenti Vladimir Putinin xidmətin davam etdirilməsi ilə bağlı təklifini qəbul edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Volodin bildirib ki, Putin “Vaqner” döyüşçülərinə Rusiyanı müdafiə etmək üçün xidməti davam etdirməyi təklif edib.

“Mən bildiyimə görə, əksəriyyəti razılaşıb”, – deyə o bildirib.

Qeyd edək ki, “Vaqner” üzvlərinə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq təklif edilmişdi. Müqavilədən imtina edənlər isə Belarusa yerləşəcək.