
“Vaqner” rəhbəri Yevgeni Priqojinin Rostovda Cənub Hərbi Dairəsinin qərargahını tərk etdiyi anının görüntüləri yayılıb.
Globalinfo.az xəbər verir ki, videoda Priqojini sakinlərin sevgilərlə yola saldığı görünür.
***
“Vaqner” hərbçiləri Rostov-Dondan çəkilməyə hazırlaşır.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında üsyançıların tankları toplanır, sursatlar yüklənir.
Hərbi qiyamın dayandırılması elan edildikdən sonra Rostov küçələrində vəziyyət kəskin şəkildə dəyişib.
Bildirilir ki, yerli sakinlər döyüşçülərlə “yadigar olaraq” selfi çəkirlər.














