Malidə “Vaqner” xüsusi hərbi təşkilatının təsisçisi Yevgeni Priqojinin varisi “Lotus” ləqəbli Anton Elizarov əsir düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə hərbi ekspert Boris Rojin məlumat yayıb.
Məlumata görə, tuareqlər qum fırtınası zamanı “Vaqner” silahlılarına hücum ediblər:
“Bir neçə “Vaqner” döyüşçüsü əsir götürülüb. Əsirlər arasında “Lotus” da var idi, lakin o, geri qaytarılıb”.
Atışmada 20-dən çox adamın öldüyü bildirilib.