Almaniyanın Hanover şəhərində qocalar evində yanğın olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Hadisə zamanı 50-dən çox insan xəsarət alıb, onlardan 3-nün vəziyyəti ağırdır.
Məlumata görə, yanğın sosial müəssisənin otaqlarından birində başlayıb və qısa müddətdə yayılıb.
Yanğının səbəbi məlum deyil, araşdırma aparılır. Binanın tamamilə yararsız vəziyyətə düşdüyü bildirilir.
Aysel Əliyeva
Globalinfo.az