Dünya şöhrətli amerikalı aktyor Jan Klod Van Damm Rusiya Prezidenti Vladimir Putinə mesaj göndərib.
Globalinfo.az xəbər verir ki, ukraynalı jurnalist Diana Pançenko aktyorun videosunu öz teleqram kanalında paylaşıb.
Belə ki, Van Damm Rusiyaya gələrək sülh səfiri olmaq istədiyini deyib.
“Biz bunu sizin doğru hesab etdiyiniz şəkildə etməyə çalışacağıq. İnanıram ki, sülh səfiri ola bilərəm. Belə bir titula sahib olmaq böyük şərəf olardı”, – deyə o qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az














