Şagirdlər məktəbə bu geyimdə gəlməlidirlər – RƏSMİ

Məktəblərin açılmasına sayılı günlər qaldığı bir vaxtda şagirdlərin formaları ilə bağlı ajiotaj yaranıb. Valideynlərin əksəriyyəti məktəbli formasının baha olmasından şikayətlənirlər. 

Globalinfo.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, şagirdlərin təhsil ocağına əvvəlki geyimlərlə gəlməsi mümkün olmayacaq.

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ötən illərdə istifadə olunan geyim formaları 2022-23-cü tədris ilinin sonunadək istifadə edilə bilərdi. 2023-24-cü tədris ilindən bütün məktəblərdə yeni geyim formaları tətbiq edilməlidir”,- nazirlikdən bildirilib.

Zaira Akifqızı
Globalinfo.az