Qazaxıstan hökuməti ABŞ-ın Rusiyanın “Lukoyl” şirkətinə tətbiq etdiyi sanksiyaların təsirini öyrənməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin energetika naziri Yerlan Akkenjenov deyib.
O bildirib ki, şirkətin aktivlərinin alınması məsələsi hələ müzakirə edilməyib.
“Lukoyl”un sanksiyaya məruz qalmış aktivlərinin alınması məsələsi çox güman ki, bu həftənin sonuna kimi həll olunacaq”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyalar elan edib.
Bundan sonra “Lukoyl”un xarici aktivlərini satacağı barədə məlumat yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az














