Vahid Əhmədov haradadır? – Özü danışdı

Milli Məclisin deputatı Vahid Əhmədovun bir müddət əvvəl verdiyi açıqlamaya görə gündəmə gəlməsi və ardınca Milli Məclisin İntizam komissiyası tərəfindən töhmət alması geniş rezonans doğurmuşdu. Sözügedən proseslərdən sonra V.Əhmədovun ictimaiyyətdə görünməməsi, mediada aktiv şəkildə yer almaması birmənalı qarşılanmayıb. Hətta onun ciddi şəkildə təhdid olunduğunu, bu səbəbdən ictimai mühitdən uzaq dayandığını deyənlər də var.

Globalinfo.az sözügedən iddialarla bağlı V.Əhmədovla əlaqə saxlayıb.

Millət vəkili səsləndirilən fikirlərlə bağlı danışmaq istəmədiyini bildirdi:

“Bu haqda danışmaq istəmirəm. Amma başqa sualınız varsa, cavablandıra bilərəm. İşimin başındayam”.

Zaira Akifqızı
Globalinfo.az