Vahid Əhmədov da namizədliyini irəli sürdü

Vahid Əhmədov da namizədliyini irəli sürdü

Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.

Globalinfo.az xəbər verir ki, Lent.az-a açıqlama verən Vahid Əhmədov 59 sayılı Quba seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib:

“Artıq namizədliyimi irəli sürmüşəm. Öz dairəmdən – 59 sayılı Quba seçki dairəsindən. İmza vərəqələrini də götürmüşük”.

Qeyd edək ki, YAP 59 saylı Quba seçki dairəsindən Məhərrəmzadə Əlibala Səttar oğlunun namizədliyini irəli sürüb.