uzeyir hacibeyli

Sentyabrın 18-də Azərbaycan professional musiqi məktəbinin banisi, görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə bəstəkarın ev-muzeyində tədbir keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirin açılış sözünü musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova – Cabbarova söyləyib.

Mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Lalə Hüseynova və başqaları çıxış edərək Üzeyir bəyin zəngin yaradıcılığından maraqlı faktlar bölüşüb, onun Azərbaycan musiqi tarixindəki misilsiz xidmətləri bir daha vurğulanıb. Qeyd edək ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov da qonaqlar arasında olub.

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Cəngi”, “Yaxşı yol”, “Çırpınırdı Qara dəniz” əsərləri, həmçinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarından duetlər səsləndirilib. Tədbiri musiqişünas, musiqi tənqidçisi, pedaqoq, əməkdar incəsənət xadimi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Zümrüd Dadaşzadə öz çıxışı ilə bitirdikdən sonra qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olublar.

DSC9366 DSC9371 DSC9372 DSC9388 DSC9404 DSC9408 DSC9414 DSC9421 DSC9428 DSC9442

Paylaş: