Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarı ilə bağlı video paylaşılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyi deyilir. Məlumata görə, görüntüləri paylaşan vətəndaş bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.
“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, – deyə adını açıqlamaq istəməyən valideyn bildirib.














