Ürəyi qoruyan qida məhsulları açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin məşhur damar cərrahı, professor Yusuf Kalko danışıb.
Həmin siyahını təqdim edirik:
Brokoli – Professor həftədə ən azı iki gün bu qidadan çiy və ya salatlara, şorbalara qataraq istifadə etməyi tövsiyə edib.
Nar – Yusuf Kalkonun sözlərinə görə, bu meyvə həm antioksidant özəlliyi, həm də vitamin dəyərinə görə ürək-damar sağlamlığına inanılmaz faydalıdır.
Balıq – Omega-3 yağ turşuları ilə zəngindir.
Paxlalı bitkilər – Professor bu sıraya noxud, yaşıl mərci, lobya və sair kimi qidaları daxil edib.
Sarımsaq – Yusuf Kalko qeyd edib ki, bu, həm təbii antibiotikdir, həm də ürək-damar xəstəlikləri üçün çox faydalıdır.
Kətan toxumu – Cərrah bunu möcüzəvi qida adlandırıb və Omega-3 baxımından ən zəngin toxum olduğunu bildirib.
Acı bibər – Ürək-damar sağlamlığı üçün ən faydalı məhsullardan biridir.
Əliyar Xəlil
Globalinfo.az














