“Krokus” terrorunda o ölkənin izi var – FTX elan etdi

“Krokusda törədilən terror aktı ilə bağlı saxlanılanlardan alınan ilkin ifadələr hadisədə Ukrayna izini təsdiqləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

“Sifarişçi hələ müəyyən edilməyib, lakin FTX hücumu kimin təşkil etdiyini və cinayətkarları öz sıralarına cəlb edənin kim olduğunu görür”.

Bortnikovun sözlərinə görə, Rusiyanı sarsıtmaq və cəmiyyətdə çaxnaşma yaratmaq üçün terror aktı törətmək Qərbin xüsusi xidmət orqanlarına və Ukraynaya sərfəli olub.

Əliyar Xəlil
Globalinfo.az