Umerov Yaşar Gülərlə bu məsələləri müzakirə etdi

Umerov Yaşar Gülərlə bu məsələləri müzakirə etdi

Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Umerov sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, türkiyəli həmkarı ilə Zelenskinin “Qələbə Planı”nı müzakirə edib.

“Eyni zamanda Ukraynanın NATO-ya üzvlüyünə dəvət edilməsi və ölkənin müdafiə sənayesinə investisiyaların cəlb olunması haqda danışdıq. Həmçinin həm Ukraynada, həm də Türkiyədə birgə müdafiə müəssisələrinin yaradılmasını, silah və texnika istehsalı üçün yeni zavodların tikilməsini təklif etdim”,- deyə Umerov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az