Ülvi Qənizadə ikinci dəfə dünya çempionu olub

Ülvi Qənizadə ikinci dəfə dünya çempionu olub

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Globalinfo.az Apasport.az-a istinadla xəbər verir ki, yarışın səkkizinci günündə 72 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı Ülvi Qənizadə finalda fransalı İbrahim Qanemi ilə üz-üzə gəlib.

Güləşçimiz rəqibini 4:2 hesabı ilə məğlub edərək yunan-Roma güləşi üzrə növbəti dəfə dünya çempionu olub.

Xatırladaq ki, ötən il Tiranada keçirilən dünya çempionatının finalında da güləşçimiz Qanemini üstələmişdi.

Qeyd edək ki, Ülvi Qənizadə 2022-ci ildə Belqradda keçirilən dünya çempionatının finalında türkiyəli Əli Arsalana uduzaraq gümüş medal qazanmışdı. O, həm də 2023-cü ilin Avropa çempionudur.