Ukraynaya yüz milyardlarla avro yardım… – Makron açıqladı

Ukraynaya yüz milyardlarla avro yardım… – Makron açıqladı

Martın 6-da keçiriləcək sammitdə Ukraynaya yüz milyardlarla avro yardım elan ediləcək.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının gələn həftə – martın 6-da keçiriləcək sammitində Ukraynaya yüz milyardlarla avro yardım elan ediləcəyi gözlənilir.

“Bu görüşün məqsədi Ukraynaya dəstəyi artırmaq və Avropa Komissiyasına ortaq genişmiqyaslı maliyyələşmənin başlanılmasına mandat verməkdir. Söhbət bizim təhlükəsizliyimizdən gedir. Martın 6-da keçiriləcək sammit çox mühümdür. Bu, genişmiqyaslı maliyyələşməni əhatə edəcək, çox güman ki, yüz milyardlarla avronu”, – Makron bildirib.

Aysel Əliyeva
Globalinfo.az