
Vaşinqton Almaniyanın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi üçün 100 ədəd raket və 125 uzaqmənzilli raketin tədarükünə icazə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ Konqresindəki mənbəyə istinadən yazır.
Mənbənin məlumatına görə, bu silahlar ABŞ ərazisində istehsal olunur və rəsmi Vaşinqtonun icazəsi olmadan, hətta başqa ölkəyə məxsus olsa belə, ixrac edilə bilməz.
Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov “ABC News” telekanalına müsahibəsində bildirib ki, Ukraynaya silah tədarükü dayandırılmadan uzunmüddətli atəşkəs mümkün deyil. Onun sözlərinə görə, bu, Kiyevə üstünlük qazandıracaq və Ukrayna cəbhəyə yeni qüvvələr göndərərək tam səfərbərlik aparmağa davam edəcək.
Peskov qeyd edib ki, Prezident Vladimir Putin münaqişənin sülh və diplomatik yollarla həlli üçün əlindən gələni edir.
Aysel Əliyeva
Globalinfo.az