“Qara dənizdə ticarət gəmiləri üçün atəşkəs razılaşması demək olar ki, hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
“Qara dənizdə ticarət gəmiləri ilə bağlı atəşkəs razılaşmamız var və bu razılaşma demək olar ki, hazırdır. Bu nöqtəyə çatdıqda isə Ukraynada növbəti atəşkəs mərhələsi ilə bağlı işləməyə başlayacağıq”, – deyə Vens Qrenlandiyaya etdiyi səfərin yekunlarına dair mətbuat konfransında bildirib.
Əlavə olaraq, o, Vaşinqtonun ümumiyyətlə Ukraynadakı münaqişənin həlli üzrə danışıqların gedişini optimist qiymətləndirdiyini vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az