orban

Avropa 2022-ci ilin fevralında Ukraynada müharibənin qarşısını ala bilərdi. Lakin bunun əvəzinə “hərbi yol” seçildi.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Magyar Nemzet” nəşrinə verdiyi müsahibədə deyib.

“2022-ci ilin fevralında Avropa Moskva və Kiyevə sülh missiyası göndərə bilərdi. Ancaq əvəzində bu münaqişəni öz müharibəsinə çevirdi. Əgər belə olsaydı, bu gün biz müharibə təhlükəsinin kölgəsində yaşamazdıq. Avropa hərbi yol seçdi. Bunu həm də Amerikanın təzyiqi ilə etdi”, – Orban bildirib.

Onun sözlərinə görə, sabiq ABŞ prezidenti Co Baydenin administrasiyasının müdaxiləsi münaqişə ilə bağlı debatların nəticəsini müharibə tərəfdarlarının xeyrinə həll etdi.

“Bu gün yeni prezident sülh istəyir. Bu, vacib siqnaldır. Avropa strateji qərarlarını Amerikanın daxili siyasi dövrlərinə əsaslandırmamalıdır. ABŞ ilə münasibətlər vacibdir, lakin əhəmiyyətli məsələlərdə yalnız Avropanın maraqları əsas götürülməlidir”.

Orban hesab edir ki, Avropa İttifaqı hazırda dağılma mərhələsindədir:

“Hazırda dağılma prosesi gedir və bu, Brüsselin bürokratik imperiya ambisiyalarının güclənməsi ilə üst-üstə düşür. İttifaq belə dağılır: qərarlar Brüsseldə qəbul olunur, lakin yerinə yetirilmir. Mərkəzləşmiş hakimiyyəti gücləndirmək niyyətinə baxmayaraq, qərarverici şəxslər daimi olaraq geri addım atmaq məcburiyyətində qalırlar”, – deyə Orban vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: