“Avropa ölkələri Ukraynada cəbhə xəttindən uzaqda nümayiş qoşunları yerləşdirmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
“Avropa İttifaqı (Aİ) ordusunun Ukrayna qoşunlarına təlim keçməsi və yenidən qurulması gözlənilir”, – deyə bildirilib.
Bir gün əvvəl Fransa Prezidenti Emmanuel Makron mətbuat konfransında Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin tamamlanmasından danışıb. Onun sözlərinə görə, Aİ müdafiə nazirləri “yüksək məxfi” planlar hazırlayıb və ölkələrin iştirakını təsdiqləyiblər.
Əliyar Xəlil
Globalinfo.az














