“Kənd təssərrüfatı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi ərzaq təhlükəsizliyinin təmin olunması baxımıdan strateji əhəmiyyət daşıyır. Ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir və bunun təmin edilməsində kənd təsərrüfatı sektoru əsas paya sahibdir”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.
Siyasi şərhçi bildirib ki, mövcud geosiyasi şərtlər, xüsusilə baş verən müharibələr və qlobal toqquşmalar bu münaqişələrin tərəfi olmayan digər ölkələri də təhdid edir:
“Məsələn, Ukrayna müharibəsinə görə yaranmış taxıl böhranından çoxsaylı ölkələr əziyyət çəkdi. Bu risklər indi və gələcəkdə yarana biləcək qlobal təhlükələrdən sığortalanmaq üçün Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində atılan addımları genişləndirməyi zəruri edir.

Asif Nərimanlı
Fikrimcə, kənd təsərrüfatına xüsusi diqqətin ayrılması qlobal çağırışlara adekvat yanaşmadır. 2026-2030-cu illəri əhatə edəcək Dövlət Proqramı kənd təsərrüfatı sektorunun mühüm istiqamətlərini özündə ehtiva edir. Belə bir proqramın qəbul edilməsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiq edilməsinə də mühüm töhfə verəcək”.
Turan Rzayev
Globalinfo.az