Avropa Komissiyası Ukraynaya Avropa İttifaqının vahid bazarına üzvlük təklif edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Münaqişənin həll olunması çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula Fon der Layen Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif etməyə hazırlaşır. Brüssel Ukrayna üçün iqtisadiyyatın hansı sektorlarının açılmasını, hansının bağlı qalmasını təyin etməlidir. Qeyd olunur ki, vahid bazara qismən üzvlük Ukrayna iqtisadiyyatına hərbi əməliyyatları başa çatdırmaq üçün təkan verəcək.
Nəşrin məlumatına görə, planın açar bəndi Avropanın yenidən silahlanması üçün istifadə ediləcək Ukrayna müdafiə sənayesinin rüsumlardan azad edilməsidir. Bundan başqa, IT sahəsində də xidmətlərin açılması müzakirə ediləcək.
Aysel Əliyeva
Globalinfo.az














