Finlandiya Ukraynaya təxminən 200 milyon avroluq hərbi yardım göndərəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb məlumat yayıb.
Yeni yardım Rusiya-Ukrayna müharibəsi başlayandan Finlandiyanın Ukraynaya ayırdığı 27-ci dəstək paketidir. Bununla da bu zamana qədər Finlandiyadan Kiyevə göndərilən yardımın məbləği 2,5 milyard avroya yüksəlir.
Əliyar Xəlil
Globalinfo.az














