Ukraynanın yeni Baş naziri vəzifəsinə namizəd “Naftoqaz” Ukrayna” şirkətinin idarə heyətinin sədri Sergey Koretskidir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 12-də Telegram kanalında Koretskinin şəklini paylaşaraq “Naftoqaz” və “Ukrnafta” şirkətlərinə rəhbərlik etdiyinə görə ona təşəkkür edib:
“Zelenski birbaşa Koretskiyə baş nazir vəzifəsini təklif etdiyini deməyib, amma hazırkı vəziyyətdə bu paylaşım Koretskinin yeni Baş nazir olacağına dair açıq bir işarə kimi görünür”.
Qeyd edək ki, Zelenski Yuliya Sviridenko baş nazir vəzifəsindən ayrılacağını bildirmişdi.