Avropa İttifaqı Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte X” sosial şəbəkə hesabında yazıb.
“Paris sammiti zamanı Avropa İttifaqı ölkələri Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsini öz üzərlərinə götürməyə hazır olduqlarını bildirdilər. Hazırıq və bunu istəyirik. Bu, mənim bu gün Parisdə keçirilən görüşdən sonra gəldiyim qənaətdir. Avropa addım atmağa və Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsinə rəhbərlik etməyə hazırdır”, – Rutte qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az














