Ukrayna Silahlı Qüvvələri ən çox Belqorod vilayətini hədəfə alır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin məlumat verib.
“Əsasən pilotsuz uçuş aparatlarından istifadə edilib”, – deyə o bildirib.
Miroşnikin sözlərinə görə, bölgəyə gündə 100-130 PUA hücum edilib.
Dronlarla əlaqəli ən çox hadisə Şebekinski, Belqorodski, Krasnoyarsk, Volokonovski, Valuyski və Qraivoronski rayonlarında qeydə alınıb.
Miroşnik əlavə edib ki, Ukrayna dronlarının mülki nəqliyyat vasitələrinə hücumları artıb.
Ekspertlər bildirir ki, sözügedən bölgə Rusiya ordusunun Ukraynanın şərqinə (xüsusilə Xarkov istiqamətinə) hücumları üçün istifadə etdiyi əsas arxa bazalardan biridir. Yəni Ukrayna bu əraziləri vuraraq Rusiyanın hücum imkanlarını zəiflətmək istəyir.
Əliyar Xəlil
Globalinfo.az