Ukrayna Niderlanddan “F-16”ların yeni partiyasını gözləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.
Nazir ölkəsi üçün əsas prioritetin “F-16” və dronların olduğunu deyib, ukraynalı pilotların, mühəndislərin və texniki heyətin təlimləri davam etdirdiyini vurğulayıb.
Umerov Kiyevlə Amsterdamın uzunmüddətli imkanlar açacaq yeni birgə layihələri razılaşdırdıqlarını da deyib.
Xatırladaq ki, daha əvvəl Niderland Ukrayna üçün bir milyard avro həcmində mərmi alıb. Bundan başqa, rəsmi Amsterdam Ukraynaya hərbi və maliyyə yardımı olmaqla, ümumilikdə 6 milyard avro dəstək göstərib.
Əliyar Xəlil














