Ukraynanın ədliyyə nazirindən məhbuslarla bağlı TƏKLİF

Ukraynanın ədliyyə nazirindən məhbuslarla bağlı TƏKLİF

Ukraynanın ədliyyə naziri məhbusları pulemyot və kürəklə təmin edərək cəbhəyə göndərməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, Denis Malyuska bu yolla ən azı 50 min məhbusu səfərbər edərək cəbhəyə yollamağın mümkün olacağını açıqlayıb.

Onun sözlərinə görə, iki kateqoriyadan olan şəxslər hazırda səfərbərliyə cəlb edilmir:

“Birincisi, dəmir barmaqlıqlar arxasında olanlardır. İkincisi, həbs həyatı yaşamayan, küçələrdə gəzənlərdir. Nədənsə, heç kim onları orduya götürmür. Bunun səbəbləri mənə də məlum deyil”, – Denis Malyuska vurğulayıb.

Nazir əlavə edib ki, cəza çəkənləri Ukrayna Silahlı Qüvvələrinin sıralarına cəlb etmək daha çətindir:

Bununla belə, onların sayı minlərlədir. Ədliyyə Nazirliyi artıq yeni cinayət törətmiş məhbusların risk qruplarını müəyyən etmək üçün testlər keçirib. Bu məlumatı hərbi komissarlıqla bölüşməyə hazırıq”.

Xatırladaq ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib. Ölkənin Ədliyyə Nazirliyi isə məhbusların səfərbər olunmasının lehinədir.

Ali Radanın fevralın 7-də birinci oxunuşda qəbul etdiyi səfərbərliyin sərtləşdirilməsinə dair yeni qanun layihəsində əvvəllər məhkum olunan və ya şərti cəza alan vətəndaşların könüllü səfərbər edilməsi ilə bağlı müddəalar var.

Əliyar Xəlil
Globalinfo.az