Ukraynanın Ali Baş Komandanı ağır yaralanıb, yoxa çıxıb, yoxsa…? – Rəsmi

Ukrayna Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının yoxa çıxması və ya ağır yaralanması ilə bağlı rus mətbuatının yaydığı məlumatları təkzib edib.

Globalinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, müdafiə nazirinin müavini Anna Malyar açıqlamasında generalın öz işinin başında olduğunu bildirib.