Lindsi Qremin qəfil ölümü Trampa göndərilən “qara ləkə” ola bilər. Bunun iranlıların işi olduğuna çox şübhə edirəm.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı filosof, ideoloq Aleksandr Dugin ABŞ senatoru Lindsi Qremin qəfil ölümü haqda qeyd edib .
“Ən real ehtimal odur ki, bu, Trampı İranla yenidən tammiqyaslı müharibəyə başlamağa sövq etmək üçün MOSSAD-ın əməliyyatı olub. Bu, açıq şəkildə belə bir mesaj deməkdir: “Növbədə sən varsan”.
Lindsi Qrem Trampın kölgəsi idi, onun “qaranlıq tərəfi” (siyasi mənada ən sərt və radikal tərəfini təmsil edən şəxs) idi”, – Dugin bildirib.
Qeyd edək ki, 71 yaşlı Lindsi Qrem bu gün qəfil ölüb.